"Napoli"də çıxış edən Frank Angissanın klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
1Sport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisi ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyən 31 yaşlı kamerunlu yarımmüdafiəçiyə "Marsel" maraq göstərir. Fransa klubu təcrübəli futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Frank Angissa cari mövsüm "Napoli"nin heyətində meydana çıxdığı 10 matçda 1 qol vurub.

