"Atletiko Madrid"in hüçumçusu İtaliya klubuna keçid edə bilər

"Yuventus" qış transfer dövrü üçün "Atletiko"nun hücumçusu Aleksander Sörlotu yenidən gündəminə daxil edib.

1Sport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spalletti norveçli qolçunu uzun müddətdir heyətində görmək istəyir. Mütəxəssisin mövcud hücumçulardan fərqli xüsusiyyətlərə malik olduğu üçün Sörlotun transferində israrlı olduğu bildirilir.

Qeyd edək ki, "qoca sinyora" yayda da bu keçidi reallaşdırmağa çalışmış, hətta Madrid klubu ilə Niko Qonsalesin də daxil olduğu transfer variantını nəzərdən keçirmişdi.

0
🖨 Çap et ⚑ Şikayət et