"Kəpəz"i sevindirəcək xəbər: 2 legioner zədəsini sağaltdı- ÖZƏL

"Kəpəz"in düşərgəsində zədəli oyunçuların vəziyyəti ilə bağlı müsbət irəliləyiş qeydə alınıb.
​1Sport.az-a daxil olan məlumata görə, bir müddətdir komandaya kömək edə bilməyən David Domqjoni və Asumah Abubakar artıq tam sağalıb.
Hər iki legioner fərdi bərpa dövrünü geridə qoyaraq ümumi heyət ilə məşqlərə başlayıb. Onların növbəti matçların iştirak ərizəsində yer alıb-almayacağı məşqçilərin yekun qərarından asılı olacaq.
0
🖨 Çap et ⚑ Şikayət et