"Bruklin"in baş məşqçisindən səmimi etiraf

“Bruklin"in baş məşqçisi Jordi Fernandes “Çikaqo Bulls”la oyundan sonra komandasının çıxışını tənqid edib.

1Sport.az xəbər verir ki, mütəxəssis oyunçularının performansından narazı qaldığını bildirib:

“Biz komanda kimi çıxış edə bilmədik. Bir-birimiz üçün oynamadıq. Eqoizm gördüm. Bəzi oyunçular günahı bir-birinin üzərinə atırdı və hamı sona qədər mübarizə aparmırdı. Rəqib bizdən daha yaxşı idi”.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2024-cü ildən “Bruklin”ə rəhbərlik edir.

0
🖨 Çap et ⚑ Şikayət et