DataLife Engine / "Bruklin"in baş məşqçisindən səmimi etiraf

"Bruklin"in baş məşqçisindən səmimi etiraf

“Bruklin"in baş məşqçisi Jordi Fernandes “Çikaqo Bulls”la oyundan sonra komandasının çıxışını tənqid edib.

1Sport.az xəbər verir ki, mütəxəssis oyunçularının performansından narazı qaldığını bildirib:

“Biz komanda kimi çıxış edə bilmədik. Bir-birimiz üçün oynamadıq. Eqoizm gördüm. Bəzi oyunçular günahı bir-birinin üzərinə atırdı və hamı sona qədər mübarizə aparmırdı. Rəqib bizdən daha yaxşı idi”.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 2024-cü ildən “Bruklin”ə rəhbərlik edir.

Bu gün, 19:58
Geri dön