"Lyon" məşhur futbolçu ilə yolları ayırır

"Lyon" Lois Openda ilə yolları ayırmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, klub rəhbərliyi futbolçunun icarə sazişini ləğv etməyə çalışır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Səbəb kimi futbolçunun uzun müddət zədəli olması göstərilir. 

Qeyd edək ki, müqavilə ilə "Yuventus"a məxsus olan Openda 9 oktyabr tarixində "Lans"a qarşı oyun zamanı zədələnib və hələ də tam sağalaraq yaşıl meydanlara dönə bilməyib.

0
🖨 Çap et ⚑ Şikayət et