Almaniyanın "Leyptsiq" klubu icarə əsasında çıxış edən Brayan Qrudanın transfer hüququnu almağa hazırlaşır.
1Sport.az "Sky Sport"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi müqavilədəki bəndə əsasən İngiltərənin "Brayton" klubuna 30 milyon avro ödəyəcək. Klub rəhbərliyi 22 yaşlı almaniyalı futbolçunu komandada saxlamaq üçün bütün şərtləri razılaşdırıb.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan Qruda ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanacaq.

