İspaniya La Liqasında oyunların bərpasından əvvəl "Barselona" növbəti itki ilə üzləşib.
1Sport.az xəbər verir ki, Kataloniya təmsilçisinin niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq milli komandanın düşərgəsində zədələnib. Bu səbəbdən o, yığmasının Almaniyaya qarşı keçirəcəyi növbəti matçda meydana çıxa bilməyəcək.
Zədənin ciddiliyi və futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağı ilə bağlı ciddi narahatlıqların olduğu bildirilir.

