Portuqaliyadan antirekord

Portuqaliya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda doğma meydanda Danimarkaya 1:4 hesabı ilə məğlub olması 23 ildən sonra seriyanın qırılması ilə yadda qalıb.

1Sport.az xəbər verir ki, Braqa şəhər stadionunda baş tutan qarşılaşma komandanın tarixi kapitanı Kriştianu Ronaldunun yoxluğunda alınan ən ağır məğlubiyyət kimi qeydə alınıb.

Qeyd edək ki, Portuqaliya millisi Ronaldusuz meydana çıxdığı oyunlarda sonuncu dəfə bir topdan artıq fərqlə 2003-cü il sentyabrın 6-da İspaniyaya (0:3) uduzmuşdu.

0
🖨 Çap et ⚑ Şikayət et