Cənubi Koreyanın Muju şəhərində parataekvando üzrə dünya çempionatı keçirilir.
1Sports.az xəbər verir ki, təmsilçimiz Sabir Zeynalov turnirdə qızıl medal qazanıb.Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda hindistanlı Mohit Singh, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xiang-wen üzərində qələbə qazanaraq finala yüksəlib.
20 yaşlı paralimpiyaçı finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.

