"Neftçi"nin sabiq hücumçusu Braziliyada

"Neftçi"nin sabiq futbolçusu Andre Şinyaşiki karyerasını Braziliyada davam etdirəcək.

1Sport.az xəbər verir ki, 29 yaşlı vinger B Seriyasına yüksələn "Santa Kruz" klubu ilə razılıq əldə edib.

Karyerası ərzində "Kolorado Rapids", "Şarlotte" və Bolqarıstanın "Arda" komandalarında da çıxış etmiş cənubi amerikalı 2023/2024 mövsümündə "ağ-qaralar"ın formasını geyinib. O, Bakı təmsilçisinin heyətində keçirdiyi 38 oyunda 5 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et