Mozambik millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti matçına çıxıb.
1Sport.az xəbər verir ki, evdə Efiopiya yığmasını qəbul edən komanda 0:1 hesabı ilə məğlub olub.
Milliyə dəvət alan "Qarabağ"ın müdafiəçisi Bruno Lanqa qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəzolunmadan keçirib. "Zirə"nin futbolçusu Quimanın adı isə matçın protokoluna daxil edilməyib.
Qeyd edək ki, 3 turdan sonra hesabında 4 xal olan Mozambik seçməsi qrupda ikinci pillədə qərarlaşıb.

