"Borussiya" (Dortmund) "Qalatasaray"ın futbolçusu Yunus Akgünü heyətinə qatmağı planlaşdırır.
1Sport.az xəbər verir ki, Bundesliqa təmsilçisi iki mövsümdür yaxından izlədiyi 26 yaşlı oyunçu üçün qış fasiləsində İstanbul klubuna 3 fərqli təklif təqdim etməyə hazırlaşır.
Almanların "sarı-qırmızılılar"ı razı salmaq üçün son variantın "oyunçu + pul" modeli olduğu bildirilir. Belə ki, Dortmund təmsilçisi təcrübəli yarımmüdafiəçi Marsel Sabitseri qarşı tərəfə verməklə yanaşı, müəyyən məbləğdə əlavə ödəniş etmək niyyətindədir.
Qeyd edək ki, baş məşqçi Okan Burukun sistemində əsas simalardan birinə çevrilən və Leroy Sanedən start heyətindəki yerini alan Akgün cari mövsüm meydana çıxdığı 11 matçda 2 qol vurub.

