İrvinq “Qolden Steyt”in gənc basketbolçusuna məsləhət

Kayri İrvinq “Qolden Steyt Uorriors”un yeni oyunçusu Yaksel Lendeborqun məğlubiyyətdən sonra yaşadığı emosional anlara münasibət bildirib.
1Sport.az xəbər verir ki, “Dallas Maveriks”in müdafiəçisi gənc basketbolçuya məsləhət verib:
“Bu yetkin kişilər sənə güzəşt etməyəcəklər. Öz üzərində işləməli və səviyyəni yüksəltməlisən. Düşünürəm ki, o, bu məsləhətə qulaq asıb və ona əməl edir”.
Qeyd edək ki, İrvinq və Lendeborq ötən yay Los-Ancelesdə tanış olub, NBA və peşəkar basketbolçu karyerasının çətinlikləri barədə ətraflı söhbət ediblər.
0
🖨 Çap et ⚑ Şikayət et