Tel-Əviv “Hapoel”inin baş məşqçisi Dimitris İtudis “Makkabi”yə məğlubiyyətdən sonra azarkeşlərlə münaqişə yaşadığı iddiası ilə gündəmə gəlib.
1Sport.az xəbər verir ki, məlumatı İsrailin “Sport5” nəşri yayıb. Kipr hava limanında bir qrup narazı azarkeş yunan mütəxəssisi təhqir edib. Vəziyyətə klub rəhbərliyinin nümayəndələri müdaxilə etməli olublar.
Lakin “Hapoel” yayılan məlumatları təkzib edərək apardığı daxili yoxlama zamanı belə bir hadisənin baş vermədiyini açıqlayıb.
Qeyd edək ki, İtudisin komandası Avroliqada ardıcıl üç məğlubiyyət alıb. 11 turdan sonra onun hesabında 6 qələbə və 5 məğlubiyyət var.

