PSJ dörd futbolçunun müqaviləsini uzatmaq istəyir

PSJ dörd futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
1Sport.az xəbər verir ki, Paris klubu Matvey Safonov, Xviça Kvaratsxeliya, Dezire Doue və Usman Dembele ilə yola davam etmək niyyətindədir. Bu barədə “Canal+” telekanalı məlumat yayıb.
Paris təmsilçisinin rəhbərliyi komandanın hazırkı heyətini qorumağı prioritet hesab edir.
Qeyd edək ki, qapıçı və iki yarımmüdafiəçinin klubla hazırkı müqavilələri 2029-cu ilin yayına qədər, fransalı hücumçunun sözləşməsi isə 2028-ci ilə qədər qüvvədədİr.
0
🖨 Çap et ⚑ Şikayət et