Misli Premyer Liqasının 12-ci turunun maraqla gözlənilən oyunlarından biri Sumqayıtda baş tutacaq.
1Sport.az xəbər verir ki, yerli komanda “Sabah”ı qəbul edəcək.
Bakı təmsilçisi qalib gələcəyi təqdirdə liderliyə yüksələ bilər. Autsayderlər sırasından çıxmaq istəyən “kimyaçılar” isə qarşılaşmadan minimum 1 xal qoparmalıdır.
Bu tərəflər arasında 31-ci duel olacaq. Əvvəlki qarşılaşmaların 8-də “göyərçinlər”, 16-da isə “bayquşlar” qələbə qazanıb. 6 görüş isə bərabərliklə yekunlaşıb.
Ümumilikdə qapılara 87 qol vurulub. Bunların 57-ni Dambrauskasın kollektivi, 30-nu isə “Sumqayıt” futbolçuları vurub.
Son 5 matçda meydan sahiblərinin “Sabah”a qalib gələ bilmədiyini nəzərə alsaq “Sumqayıt” üçün çətin oyun olacağını demək olar.
Misli Premyer Liqası
12-ci tur
20 noyabr (cümə)
19:00. “Sumqayıt” - “Sabah”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR hakimi: Rəşad Əhmədov
Köməkçi VAR hakimi: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura noyabrın 22-si yekun vurulacaq.

