Azərbaycan İrlandiyaya məğlub oldu- YENİLƏNİB

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ 2029-un seçmə mərhələsində növbəti oyununu keçirib.

1Sport.az xəbər verir ki, yığmamız A qrupundakı ikinci matçında İrlandiya seçməsini qəbul edib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma qonaqların 91:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz növbəti oyununu noyabrın 17-də səfərdə İslandiya yığmasına qarşı keçirəcək. Hafnarfyordur şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0
🖨 Çap et ⚑ Şikayət et