"Fənərbağça" qış fasiləsində heyətinə yeni futbolçu qatmaq üçün Nelson Semedo ilə vidalaşmağı planlaşdırır.
1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq 33 yaşlı müdafiəçinin meneceri Jorje Mendeşdən yanvarda ona yeni komanda tapmasını istəyib.
Qeyd edək ki, portuqaliyalı oyunçu cari mövsüm meydana çıxdığı 11 matçda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.