20 yaşadək futbolçulardan ibarət milli komandamız iraqlı həmyaşıdlarına qarşı yoxlama oyunu keçirib.
1Sport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rui Jorje qarşılaşmadan (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.
O ki qaldı bugünkü oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq”.
Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə ikinci yoldaşlıq oyununu noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

