Millimizdən inamlı qələbə- YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.

1Sport.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv "Bank Respublika Arena"da Omanın U-21 seçməsi ilə qüvvəsini sınayıb və matç yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov fərqləniblər.

Xatırladaq ki, bu komandaların bir müddət əvvəl baş tutan əvvəlki qarşılaşması da milli komandamızın 2:1 hesablı üstünlüyü ilə bitmişdi.

0
🖨 Çap et ⚑ Şikayət et