UEFA Millətlər Liqasında Fransa ilə qarşılaşacaq Türkiyə yığmasında ciddi itki qeydə alınıb.
1Sport.az xəbər verir ki, komandanın qapıçısı Uğurcan Çakır çiynindən zədələnib. Bu səbəbdən təcrübəli qolkiper görüşün heyətindən çıxarılıb.
Onun yoxluğunda "ay-ulduzlular"ın qapısını Berke Özer qoruyacaq. O, qarşılaşmaya start heyətində başlayacaq.

