"Barselona" gənc futbolçusu ilə yeni müqavilə imzaladı

"Barselona" müdafiəçisi Xavi Espartla sazişini yeniləyib.

1Sport.az xəbər verir ki, Kataloniya təmsilçisi "La Masiya" yetirməsi ilə müqaviləni 2030-cu ilin iyununa qədər uzadıb.

Qeyd edək ki, oyunçu cari mövsüm meydana çıxdığı 8 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et