Misli Premyer Liqasının 12-ci turunda "İmişli" "Zirə" ilə heç-heçə etdi.
1Sport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında millimizin Millətlər Liqasının qalibi olması ilə bağlı danışdı:
"Yığmanın çıxışını yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular".
Sadıqov Emin Mahmudovun milli karyerasını bitirməsinə də münasibət bildirdi:
"Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq".

