“Monako”nun baş məşqçisi Filipe Luis komandanın yarımmüdafiəçisi Aleksandr Qolovinin zədəsi barədə danışıb.
1Sport.az xəbər verir ki, mütəxəssis rusiyalı futbolçunun Fransa Liqa 1-in 11-ci turunda “Oser”lə keçiriləcək matçı buraxacağını bildirib:
“Qolovin matçı buraxacaq. Onun nə vaxt meydana qayıdacağını bilmirəm, lakin əzələ zədəsi var. Hər futbolçu fərqli şəkildə bərpa olunur. Buna görə də gözləyəcəyik”
Qeyd edək ki, 30 yaşlı futbolçu “Le-Man”la matçda rəqiblə toqquşmadan sonra zədələnib. O, ağrı hiss etsə də, matçı davam etdirməyə çalışıb. Lakin ikinci hissədə meydanı tərk etmək məcburiyyətində qalıb.

