Yokiç: “NBA-da Aaron Qordon kimi oyunçu yoxdur”

Nikola Yokiç komanda yoldaşı Aaron Qordonun oyununu yüksək qiymətləndirib.

1Sport.az xəbər verir ki, “Denver Naggets”in mərkəz oyunçusu 31 yaşlı hücumçunun həm müdafiədə, həm də hücumda unikal olduğunu və daim inkişaf etdiyini bildirib:

“NBA-da ona bənzəyən oyunçu yoxdur. O, unikaldır. Daim öz üzərində işləyir, fiziki hazırlığını, atışlarını və ümumi bacarıqlarını təkmilləşdirir. Son mövsümlərdə yaxşı atışlar edir. Hətta müəyyən vaxtlarda liqada liderlik edib”

Qeyd edək ki, amerikalı basketbolçu 2023-cü ildə NBA çempionluğu qazanıb.

0
🖨 Çap et ⚑ Şikayət et