"Beşiktaş" Premyer Liqadan müdafiəçi transfer etmək istəyir

"Beşiktaş" "Nottingem Forest"in futbolçusu Usman Diomandeni heyətinə qatmağı planlaşdırır.

1Sport.az xəbər verir ki, "qara qartallar" baş məşqçi İtalyanonun istəyi ilə 22 yaşlı müdafiəçini sonradan almaq şərti ilə icarəyə götürmək niyyətindədir. Son üç matçda ehtiyatda qalan kot-divuarlı futbolçu da daha çox oynaya biləcəyi kluba keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Diomande cari mövsüm Premyer Liqada 5 matçda meydana çıxıb.

0
🖨 Çap et ⚑ Şikayət et