"Sampdoriya" Azərbaycanın yığmasının üzvü Lorenso Mezzotero ilə müqaviləni uzadıb.
1Sport.az xəbər verir ki, 18 yaşlı forvardla anlaşmanın müddəti 2030-cu ilin yayına kimi artırılıb. Sazişdə bir illik uzadılma bəndi də yer alır.
Qeyd edək ki, 2025-ci ildən "Sampdoriya"da çıxış edən hücumçu cari mövsüm əsas komandada 4 oyunda 1 qol vurub. O, Azərbaycanın əsas millisinə dəvət alsa da, zədə səbəbindən oyunlara qoşula bilməyib

