"Arsenal"da ciddi itki

"Arsenal"ın futbolçusu Bukayo Saka zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.

1Sport.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta 25 yaşlı yarımmüdafiəçinin təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Saka cari mövsüm meydana çıxdığı 11 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et