U-20 millimiz yoxlama görüşündə İraqı məğlub etdi - 2:1.
1Sport.az xəbər verir ki, oyundan sonra yığmamızın baş məşqçisi Rui Jorje mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüşlə bağlı bunları söylədi:
"Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi.
Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, buna davam edəcəyik. Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edir, artırırlar. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar".

