"Qalatasaray"ın ulduzu "Mançester Yunayted"ə keçə bilər

"Qalatasaray" klubunun hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirə bilər.

1Sport.az xəbər verir ki, baş məşqçi Maurisio Poçettinonun istəyi ilə "Mançester Yunayted" nigeriyalı forvardı transfer siyahısına salıb.

Premyer Liqada çıxış etmək arzusunda olan futbolçu keçidə müsbət yanaşır və hazırkı maaşına (illik təxminən 13 milyon funt-sterlinq) oxşar şərtlərlə razılaşmağa hazırdır.

Qeyd edək ki, Osimhen cari mövsüm Super Liqada meydana çıxdığı 8 matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et