“Sumqayıt” “Sabah” qarşısında aciz qaldı


Bu gün Misli Premyer Liqasının 7-ci turunda "Sumqayıt" "Sabah"ı qəbul edib.

Oyunda hesab 21-ci dəqiqədə açılıb. Meydan sahiblərinin yan xəttdən topu oyuna daxil edərkən qonaqlara ötürməsi nəticəsində "bayquşlar" sürətli hücum qurub və Severina cərimə meydançasının kənarından baxımlı qola imza atıb. 29-da "kimyaçılar" matça tarazlıq gətirib. Badalo Pokatilovun qoruduğu qapıya yol tapıb. "Sumqayıt" tərəfi hesaba bərabərlik gətirsələr də oyunçu sayı baxımından geridə qalıblar. Belə ki, 32-ci dəqiqədə Lukas ikinci sarı vərəqədən sonra qırmızı "kart" görüb. Bu epizoddan cəmi 2 dəqiqə sonra paytaxt klubu fərqlənsə də ofsayd səbəbində qol qeydə alınmayıb. Hissənin sonlarına yaxın sabah istəyinə çatıb. Lepinitsa toru silkələyərək komandasını fasilə üstün yola salıb.

"Sabah" ikinci yarıya da qolla başlayıb. Puxaç mövsümün ən möhtəşəm qollarından birini vuraraq adını tabloya yazdırıb. Darmadağının davamını Aleksey İsayev gətirib. 66-cı dəqiqədə fərq millimizin üzvünün qolu ilə 3-ə yüksəlib. Oyunda son nöqtəni 75-də Xəyal Əliyev qoyub. Beləliklə qırmızı vərəqədən sonra "Sumqayıt" "Sabah" qarşısında aciz qalaraq böyük hesabla məğlub oldu.

20 noyabr 2026. Saat 19:00

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 4000 tamaşaçı

Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Sarı vərəqələr: Lukas Blek, 16; 33 (qeyri-idman hərəkəti); Sedrik Badolo, 39 (qeyri-idman

hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vurğun Hüseynov ( “Sumqayıt” ), 37 (hakimin qərarına

etiraz)

Qırmızı vərəqə: Lukas Blek, 33

Qollar: Sedrik Badolo, 30 // Ksander Severina, 21; İvan Lepiniça, 42; Timoteuş Puxaç, 56; Aleksey

İsayev, 68; Xəyal Əliyev, 75

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə yoxdur.

“Sumqayıt”:

16. Marko Yohanson

17. Nihad Əhmədzadə

19. Roi Kehat

(29. Emil Mustafayev, 68)

4. İsa Suliman (k)

42. Sedrik Badolo

10. Ronaldo Vaskez

(27. İmani Barker, 73)

80. Keffel Resende

(20. Ayxan Süleymanlı, 73)

55. Lukas Blek

11. Mamadi Banqre

(7. Rüstəm Əhmədzadə, 46)

21. Tiaqo Almeyda

5. Renan Santana

(23. Rüfət Əhmədov, 79)


Ehtiyat oyunçular:

22. Xəyal Fərzullayev

34. Ülvi Abbaslı

Baş məşqçi: Filipe Kandido


“Sabah”:

92. Stas Pokatilov (k)

10. Aleksey İsayev

(99. Patrik Mbina, 77)

80. Akim Zedadka

27. Timoteuş Puxaç

(3. Stiv Solvet, 68)

13. İvan Lepiniça

(7. Umarali Raxmonaliyev, 68)

37. Du Keyros

33. Junior Almeyda

34. Ksander Severina

(9. Xəyal Əliyev, 68)

18. Karlos Eduardo

4. Eyden Makkarti

8. Kristian Nvaçukvu

(11. Kahim Parris, 77)


Ehtiyat oyunçular:

1. Amin Ramazanov

94. Rəvan Mirzəmmədov

17. Tellur Mütəllimov

5. Rəhman Daşdəmirov

16. Rauf Rüstəmli

88. Rodriqo Fernandeş

23. Yunes Laşaab

Baş məşqçi: Valdas Dambrauskas

0
🖨 Çap et ⚑ Şikayət et