Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən "Zəngəzur" bu gün ilk oyununa çıxıb.
1Sport.az xəbər verir ki, komanda Polşanın "Dolnoşlyonski" kollektivi ilə qarşılaşıb.Görüş rəqibin tam üstünlüyü şəraitində keçib. Matç boyu təşəbbüsü əldən verməyən Polşa təmsilçisi "Zəngəzur"un qapısından 12 cavabsız top keçirərək darmadağınla qalib gəlib.

