PSJ-nin üzvü Luka Şevalye qış transfer pəncərəsində komandadan ayrıla bilər.
1Sport.az "Canal+"a istinadən xəbər verir ki, Paris təmsilçisi oyun praktikasının azlığı səbəbindən bazar dəyərini itirməməsi üçün 24 yaşlı qolkiperin icarəyə verilməsinə və ya satışına razıdır.
Lakin rəhbərlik onun gedişinə yalnız Matvey Safonova layiqli əvəzedici tapıldıqdan sonra icazə verəcək.

