"Mançester Siti" doğma meydanda xal itirdi

İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Siti" evdə "Fulhem"i qəbul edib.

1Sport.az xəbər verir ki, "Etihad" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 16-cı dəqiqədə qonaqların heyətində Rodriqo Muniz açıb. Meydan sahibləri 57-ci dəqiqədə Elliot Andersonun qolu ilə məğlubiyyətdən xilas olublar.

Qeyd edək ki, ardıcıl 4-cü liqa oyununda qələbə qazana bilməyən ("Aston Villa" 1:2, "Brayton" 0:1, "Nottingem Forest" 1:3, "Fulhem" 1:1) "şəhərlilər" zirvə yarışında vacib xallar itiriblər.

0
🖨 Çap et ⚑ Şikayət et