Yaponiyalı döyüşçü azarkeşlərdən üzr istədi

Kyoji Horiguti qazaxıstanlı Asu Almabayevlə qarşılaşmasının tamaşaçılar üçün maraqlı alınmadığına görə üzr istəyib.
1Sport.az xəbər verir ki, yaponiyalı UFC Fight Night 294 turnirindəki qələbəsindən sonra növbəti görüşdə daha yaxşı performans göstərməyə çalışacağını bildirib:
“Daha maraqlı döyüş keçirmək istəyirdim, amma qələbə qazandığım üçün xoşbəxtəm. Rəqibimin güləş üslubu məni təəccübləndirdi. Döyüşün darıxdırıcı alınmasına görə üzr istəyirəm. Növbəti dəfə daha güclü çıxış etməyə çalışacağam”
Qeyd edək ki, 36 yaşlı döyüşçü keçmiş Bellator, Rizin-in ilk yüngül və ikiqat yüngül çəki çempionudur.
0
🖨 Çap et ⚑ Şikayət et