“Bu, karyeramın ən vacib oyunu deyil”- Valdas Dambrauskas

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 5-ci turunda “Barselona”ya qarşı keçirəcəkləri görüşün karyerasındakı yerindən danışıb.

1Sport.az xəbər verir ki, litvalı çalışdırıcı bu matça xüsusi yanaşmadığını qeyd edib:

"Bu, karyeramın ən vacib oyunu deyil, digər matçlar da vacibdir. Bizdən xüsusi bir şey tələb olunmur. Maksimumu etsək də, “Barselona” səviyyəsinə çatmaq mümkün deyil, hələ inkişaf etməliyik. Sabah gözəl gecə olsa, hər kəs bu matçı xatırlayacaq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda baş tutacaq “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

0
🖨 Çap et ⚑ Şikayət et