3 nömrəli futbolçular AFFA tərəfindən cəzalandırıldılar

“Zirə” və “Araz-Naxçıvan” komandalarının üzvləri növbəti matçda iştirak edə bilməyəcəklər.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi U-15 Liqasında baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Noyabrın 22-də keçirilən “Neftçi” – “Zirə” matçının 69-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alan Kərim Hacıyev meydandan qovulub. “Zirə”nin 3 nömrəli futbolçusu İntizam Məcəlləsinin 17.5-ci maddəsinə əsasən bir oyunluq cəzalandırılıb.

Bundan bir gün əvvəl baş tutan “Neftçi İK İB” – “Araz-Naxçıvan” qarşılaşmasında isə Şıxəli Məsili eyni səbəbdən 31-ci dəqiqədə qırmızı vərəqə alıb. Qonaqların 3 nömrəli üzvü də növbəti matçı buraxacaq. Onun cəzası da 17.5-ci maddəyə əsasən müəyyənləşdirilib.

0
🖨 Çap et ⚑ Şikayət et