Novak Cokoviç peşəkar karyerasını ən azı 40 yaşına qədər davam etdirməyi və daha bir “Böyük Dəbilqə” titulu qazanmağı hədəfləyir.
1Sport.az xəbər verir ki, serbiyalı hələ də bu arzusunu reallaşdıra biləcəyinə inanır:
“Daha bir "Böyük Dəbilqə" turnirini qazanmaq arzum var. Buna hələ də nail ola biləcəyimə inanıram. Özümü rəqabətədavamlı hiss etdiyim müddətdə oynamağa davam edəcəyəm”.
Qeyd edək ki, 39 yaşlı tennisçi ötən mövsüm 31 matç keçirib.“Böyük Dəbilqə” yarışlarından birində finala yüksəlib və mövsümü dünya reytinqinin 12-ci pilləsində başa vurub.

