Prates Moralesin zəif tərəfini bilir- AÇIQLAMA

UFC döyüşçüsü Karlos Prates məğlubiyyətsiz Maykl Moralesin döyüş üslubu ilə bağlı fikirlərini bölüşüb.

1Sport.az xəbər verir ki, braziliyalı idmançı ekvadorlu rəqibinin əsas çatışmazlığının zərbə texnikası olduğunu düşünür:

“Düşünmürəm ki, o, UFC-nin ən yaxşı döyüşçüləri səviyyəsindədir. Ola bilsin, onun zəif tərəfi zərbə texnikasıdır. Maykl güclüdür, irəli gedir və ardıcıl zərbələr endirir. Amma yaxşı zərbə texnikasına malik, hərəkət etməyi və müdafiə olunmağı bacaran rəqiblə qarşılaşanda çətinlik çəkəcək”.

Qeyd edək ki, Karlos Prateslə Maykl Morales karyeralarında ilk dəfə üz-üzə gələcəklər.

0
🖨 Çap et ⚑ Şikayət et