"Sumqayıt"ın futbolçusunun cəzası bəlli oldu

“Sumqayıt”ın futbolçusu Lukas Blek növbəti həftə komandasına kömək edə bilməyəcək.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XII turunda keçirilən “Sumqayıt” – “Sabah” matçı ilə bağlı qərar qəbul edib.

Görüşün 33-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan 55 nömrəli futbolçu bir oyunluq cəzalandırılıb. Buna görə “Sumqayıt” klubu 500 manat cərimə edilib.

Qərar İntizam Məcəlləsinin 17.5 və 17.7-ci maddələrinə əsasən çıxarılıb.

0
🖨 Çap et ⚑ Şikayət et