“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.1Sport.az xəbər verir ki, ukraynalı mütəxəssis məğlubiyyəti belə şərh edib:“Bilirdik ki, lider komandaya qarşı oynayacağıq. Daha çox topa nəzarət etməyə çalışırdıq. Lakin buraxdığımız ilk qol bizi çətin vəziyyətə saldı. Birinci hissədə hesabı bərabərləşdirmək istəyirdik. İkinci hissədə də qollar buraxdıq və istədiyimiz nəticəni əldə edə bilmədik.Aydındır ki, futbolu yalnız 11 oyunçu oynamır. Əvəzləməli olduğumuz futbolçular var idi, zədəlilərimiz oldu. Gənc oyunçulara da şans verdik. Qol buraxmağımız problemdir, amma buna baxmayaraq, yolumuza davam edirik.Ağadadaş Salyanski “Neftçi”dən icarəyə götürüldüyü üçün bu komandaya qarşı oynamaq hüququ yox idi. Növbəti turda da Abdulla Rzayev “Sabah”a qarşı meydana çıxa bilməyəcək. Çünki o da “Sabah”dan icarəyə götürülüb”.