Basketbol üzrə Azərbaycan Basketbol Liqasında (ABL) bu gün, noyabrın 22-də əvvəlki turlardan təxirə salınmış iki qarşılaşma keçiriləcək.
1Sport.az xəbər verir ki, hər iki görüşə Bakı İdman Sarayı ev sahibliyi edəcək.
Günün ilk matçında saat 15:00-da “Naxçıvan” və “Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Saat 18:00-da isə “LANDAU Lions” “Ordu” ilə qarşılaşacaq.

