Atletika üzrə “Prezident Kuboku” çərçivəsində bu gün, noyabrın 22-də Xankəndi şəhərində beş kilometr məsafəyə qaçış yarışı təşkil olunacaq.
1Sport.az xəbər verir ki, saat 10:30-da start götürəcək yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Zəfər” Qaçış Klubunun birgə təşkilatçılığı, Qarabağ Universitetinin dəstəyi ilə keçiriləcək.
İdman tədbirində universitetin tələbələri və əməkdaşları iştirak edəcəklər. Onlar beş kilometrlik məsafəni qət edərək fiziki hazırlıqlarını sınayacaqlar.
Yarışın əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, əhali arasında idmana marağı artırmaq və universitet ictimaiyyətini idman ətrafında birləşdirməkdir.

