Misli Premyer Liqasının 12-ci turunda "Şəfa" doğma meydanda "Qəbələ"ni qəbul edib.
1Sport.az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşün 11-ci dəqiqəsində Fərid Yusiflinin müdafiədəki səhvindən sonra Şahin Şahniyarov fərqlənməyə yaxın olsa da, qapıçı Tiaqo Silva buna imkan verməyib. 24-cü dəqiqədə isə Bafode Dansoko qapıçı ilə təkbətək çıxsa da, Səlahət Ağayev "Qəbələ"ni qoldan xilas edib. 32-ci dəqiqədə Musa Kuelin uzaqdan zərbəsi qeyri-dəqiq alınıb və ilk hissə qolsuz başa çatıb.
İkinci hissəyə meydan sahibləri fəal başlasalar da, hücumları nəticəsiz qalıb. 59-cu dəqiqədə əks-hücuma çıxan "Qəbələ" Şahin Şahniyarovun qolu ilə hesabı açıb. 81-ci dəqiqədə qapıçı ilə üzbəüz qalan İsmael Akinade şansı əldən verib. 90+2-ci dəqiqədə isə Meşak Uboçioma uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib: 0:2.
21 noyabr 2026. Saat 17:00
“SOCAR Polymer Arena”
300 tamaşaçı
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
Köməkçi VAR hakimi: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Rauf Hüseynli, 33 (qeyri-idman hərəkəti); Dilan Mertens, 85 (qeyri-idman hərəkəti) // Elvin Camalov, 26 (qeyri-idman hərəkəti)
Qollar: Şahin Şahniyarov, 59; Meşak Uboçioma, 90+2
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Şəfa”:
97. Tiaqo Silva
42. Elnur Cəfərov (k)
(8. Vlad Pop, 86)
55. Rauf Hüseynli
(21. İsmayıl Zülfüqarlı, 75)
5. Arsen Ağcabəyov
83. Nihad Quliyev
(29. Vüsal Qənbərov, 86)
6. Fərid Yusifli
23. Nahid Əliyev
(10. Dilan Mertens, 75)
18. Bafode Dansoko
4. Maudo Jarjue
17. Musa Quel
11. Andrey Draqu
Ehtiyat oyunçular:
12. Əlirza Müştəbazadə
99. Məmməd Hüseynov
3. Tərlan Quliyev
28. Murad Musayev
77. Elmar Məmmədov
22. Umar Diav
34. Kristofer Mamenqi
Baş məşqçi: Zaur Həşimov
“Qəbələ”:
1. Səlahət Ağayev (k)
2. Elvin Camalov
3. Nuğay Rəşidov
(12. Kouya Mabea, 83)
4. Şahin Şahniyarov
(22. Fərid İsgəndərov, 90+1)
5. Eşqin Əhmədov
6. İsmael Akinade
(9. Karim Rossi, 83)
7. Endri Çekici
(7. Bruno Silva, 46)
8. Xayme Syerra
9. İsaak Amoah
10. Meşak Uboçioma
11. Edson Eduardo
Ehtiyat oyunçular:
12. Artur Motta
13. Həbib Hüşənov
14. Asif Məmmədov
15. Nicat Əliyev
16. Süleyman Damadayev
17. Ziya Şəkərxanov
18. Natan Monzanqo
Baş məşqçi: Yeton Bekiri

