Misli Premyer Liqasının 12-ci turunda "Şamaxı" doğma meydanda "Turan Tovuz"u qəbul edib.
1Sport.az xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşün ilk təhlükəli epizodu meydan sahiblərinin qapısı qarşısında yaşanıb. 35-ci dəqiqədə özünün qazandığı cərimə zərbəsini dəqiq yerinə yetirən Joarlem Santos qonaqları hesabda önə çıxarıb. Hissənin qalan dəqiqələrində hər iki komanda hücumlar qursa da, təhlükəli vəziyyət yaranmayıb.
İkinci hissəyə "Şamaxı" daha fəal başlasa da, cəhdləri nəticəsiz qalıb. 75-ci dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə alan Xorxe Silva "Turan Tovuz"u azlıqda qoyub. Say üstünlüyünü itirməsinə baxmayaraq, hücumlarını davam etdirən qonaqlar 86-cı dəqiqədə fərqi artırıblar – müdafiəçilərin arasına sızan İbrahima Vadji yekun nəticəni müəyyənləşdirib: 0:2.
21 noyabr 2026. Saat 14:30
Şamaxı şəhər stadionu
1200 tamaşaçı
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
Köməkçi VAR hakimi: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Həbib İsmayılov, 73 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 81 (qeyri-idman hərəkəti) // Hayderson Hurtado, 75 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Xorxe Silva, 75 (təcavüzkar davranış)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Azər Bağırov, 34 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Araz Bağırov ("Şamaxı"), fasilədə (qeyri-etik ifadə və ya hərəkət) // Yunis Hüseynov ("Turan Tovuz"), fasilədə (qeyri-etik ifadə və ya hərəkət)
Qollar: Joarlem Santos, 35; İbrahima Vadji, 86
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 6 dəq.
“Şamaxı”:
1. Rikardo Fernandes (k)
2. Uğur Cahangirov
(10. Edqar Adilxanov, 58)
3. Emin Rüstəmov
4. Oruc Məmmədov
(7. Emil Süleymanov, 71)
5. Filipe Markes
6. Rikardo Apolinario
7. Ayman Bouali
(80. Həbib İsmayılov, 46)
8. Jota
9. Abdullahi Şuaybu
(9. Tornike Axvlediani, 46)
10. Rui Paşeko
11. Abdul Raşid Mumini
(88. Hacıəli Şirəliyev, 85)
Ehtiyat oyunçular:
12. Abdulla Seydəhmədov
13. Nicat Qaragözlü
14. Fariz Xeyrullayev
15. Okan Təhməzli
16. Ceyhun Bağırzadə
17. Teşaqer Dequ
18. David Santos
Baş məşqçi: Azər Bağırov
“Turan Tovuz”:
19. Oleq Baklov
20. Roderik Miller
21. Stiv Beusnar
22. Joarlem Santos
(17. Rəhim Sadıxov, 62)
23. İbrahima Vadji
24. Hayderson Hurtado (k)
25. Xorxe Silva
26. Roberto Olabe
27. Denis Marandiçi
28. Filip Damyanoviç
(4. Rahil Məmmədov, 90)
29. Dioqo Balau
(88. Faiq Hacıyev, 76)
Ehtiyat oyunçular:
30. Aleksey Kenyaykin
31. Mehman Hacıyev
32. Xəyal Nəcəfov
33. Enrike Silva
34. Emmanuel Hakman
35. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

