Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Superliqasında növbəti qələbəsini qazanıb.
1Sport.az xəbər verir ki, komanda 16-cı turda səfərdə Buxarest “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın taleyini birinci hissənin əlavə vaxtında vurulan qol həll edib. Daniel N'Lundulu 45+12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qonaqlara qələbə qazandırıb.
Cəlal Hüseynov qarşılaşmanın 89-cu dəqiqəsində qələbə qolunun müəllifi Daniel N'Lundulunu əvəzləyərək meydana daxil olub.
Bu qələbə ilə “Petrolul” xallarının sayını 30-a çatdırıb.

