DataLife Engine / Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” Rumıniya Superliqasında növbəti qələbəsini qazanıb.

1Sport.az xəbər verir ki, komanda 16-cı turda səfərdə Buxarest “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın taleyini birinci hissənin əlavə vaxtında vurulan qol həll edib. Daniel N'Lundulu 45+12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qonaqlara qələbə qazandırıb.

Cəlal Hüseynov qarşılaşmanın 89-cu dəqiqəsində qələbə qolunun müəllifi Daniel N'Lundulunu əvəzləyərək meydana daxil olub.

Bu qələbə ilə “Petrolul” xallarının sayını 30-a çatdırıb.

Bu gün, 12:56
Geri dön