"Bavariya" zədələnən Harri Keynin yerini doldurmaq üçün qış transfer pəncərəsində hücum xəttini gücləndirəcək.
1Sport.az xəbər verir ki, Münhen təmsilçisi "Brügge"nin 22 yaşlı forvardı Nikolo Tresoldini transfer etməyi planlaşdırır. "Milan"ın da maraq dairəsində olan futbolçu üçün yanvarda rəsmi təklif göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, əməliyyat olunan Keyn 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Tresoldi isə cari mövsüm 18 oyunda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

