“Detroyt Pistons” “Orlando Magic”lə qarşılaşmada rəqibin cəmi 86 xal toplamasına imkan verib.
1Sport.az xəbər verir ki, bu nəticə NBA-nın cari mövsümündə ən yaxşı müdafiə göstəricisidir. Əvvəlki rekord “Şarlott Hornets”ə məxsus idi. Həmin kollektivlə matçda rəqib 89 xal toplamışdı.
Maraqlıdır ki, “Detroyt” bu uğura iki əsas basketbolçusu Keyd Kanninqem və Ceylen Dürenin iştirakı olmadan nail olub.

